Ərdoğanın Azərbaycana səfəri-BAŞA ÇATDI – FOTOLAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Etikxeber.az

Read Previous

“Üçrənglimiz və ayulduzlu Türkiyə bayrağının dalğalanması ilə biz kimin bizə qardaş, kimlərin isə dost olduğunu göstərdik”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Azərbaycanın və Türkiyənin birinci xanımlarının-GÖRÜŞÜ OLDU -FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir