Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Etikxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, söhbət zaman ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər çərçivəsində Kipr konfransının gedişinə dair fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan və Birləşmiş Krallığın Baş naziri May Kipr müzakirələrində çıxılmaz vəziyyətin dəf edilərək hər iki tərəf üçün ədalətli, uzunmüddətli və əhatəli həll edilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
İqtisadi əlaqələr və müdafiə sənaye başda olmaq üzrə ikitərəfli münasibətləri inkişaf etdirmək qətiyyətlərini təsdiq edən iki lider, terrora qarşı əməkdaşlıqlarını daha da gücləndirəcəklərini bildiriblər.
Ərdoğan və May Hamburqda keçiriləcək “Böyük iyirmilik” sammiti çərçivəsində görüşəcəklərini də ifadə ediblər.
Etikxeber.az