Ərdoğanla Obama yenə görüşdülər – Bu dəfə telefonda…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Obama arasında telefon danışığı olub.

Etikxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat mərkəzindən verilən açıqlamada qeyd edilib.

Ərdoğan ilə Obama Suriya və İraqda terrorla mübarizəni müzakirə ediblər.

Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.

Hər iki ölkə başçısı İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyiblər. Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vaciliyini vurğulayıb.

Tərəflər arasında müzakirənin 1 saat 25 dəqiqə davam etdiyi bildirilib.

Etikxeber.az

Read Previous

Xərçəngdən müalicə olunan tanınmış rejissorun xanımı: “2-ci kurs müalicə daha da ağır olacaq”

Read Next

MN: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir