Ərdoğanla Putin arasında növbəti-TELEFON DANIŞIĞI – YENİLƏNİB – (1)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə Lvovda birgə mətbuat konfransında bildirib.

Liderlər Ukrayna ətrafındakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

18:00

***

Eyni zamanda “Atəşkəs məsələsində ümidimiz bir az daha artıb”-deyən bir daha bildirib ki, Türkiyə Rusiya-Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır və bu istiqamətdə Rusiya lideri Vladimir Putinlə təmaslar davam edir.

18:04

***

Ərdoğanla Putin telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində son vəziyyəti və humanitar məsələləri müzakirə ediblər.

Ərdoğan, atəşkəs elan olunacağı təqdirdə, davamlı həll yolunun mümkünlüyünü Putinin diqqətinə çatdırıb.

O, bəzi məsələlərdə uzlaşmaq üçün liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub, Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini bir daha vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha 99 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

Avropa Şurası Belarusla-ƏMƏKDAŞLIĞI DAYANDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir