Ərdoğanla Putin-BİR ARAYA GƏLDİ – GÖRÜŞ 3 SAAT ÇƏKDİ – BU GECƏ ATƏŞKƏS QÜVVƏYƏ MİNƏCƏK – YENİLƏNİB – (1)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiyaya səfəri gözlənilir.

Etikxeber.az-ın məlumatına görə, birgünlük səfər zamanı prezidentlər Moskvada Suriya münaqişəsi ilə bağlı Soçi razılaşmalarını müzakirə edəcəklər.

***

Rusiya və Türkiyə prezidentləri 3 saat təkbətək görüş keçiriblər.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, deyib ki, prezidentlərin 3 saat davam edən təkbətək görüşündən sonra nümayəndə heyətləri onlara qoşulublar.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada görüşü yerli vaxtla saat 14:06-da başlayıb.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsidir.

Görüşdən əvvəl prezidentlər danışıqların yekunlarının İdlib münaqişəsinin nizama salınmasına kömək edəcəyinə əminlik ifadə ediblər.

***

Rusiya və Türkiyə prezidentləri Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzalayıblar.

Moskvada keçirilən danışıqların yekununa dair iki ölkə arasında imzalanmış memorandumu Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxuyublar.

Sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapıb.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər.

Etikxeber.az

Read Previous

“Bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir…” – XİN

Read Next

“Nəticədə rayonumuzda təhsil sahəsində göstəricilər daha da yüksələcək…” – SAHİBA QAFAROVADAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir