Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İki liderin ən qısa zamanda üz-üzə görüşməsi qərarlaşdırıldı.
Etikxeber.az xəbər verir ki, bunu bir az öncə Türkiyәnin Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin son telefon danışığını şərh edərkən bildirib.
Görüşün martın 5-dən tez baş tutacağı da istisna edilmir.

***
R.T. Ərdoğanın bu gün eyni zamanda, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Bolqarıstan lideri Borisovla “görüş”əcəyi gözlənilir.
Belə ki, Ərdoğan adıçəkilən liderlərlə ayrı-ayrılıqda telefonda İdlibdə yaranmış son durumu müzakirə edəcək.
***
D. Trampla Ərdoğan arasında artıq telefon danışığı olub.
Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İdlibdə baş verən son hadisələr, regional məsələlər müzakirə olunub.
Görüşlə bağlı Ağ Evdən verilən açıqlamada Trampın türk əsgərlərinə olan hücumu qınadığı bildirilib.
Trampın, Suriyanın şimal-qərbindəki qarşıdurmaların azaldılması və insan fəlakətinin qarşısının alınması üçün Türkiyənin göstərdiyi səyləri dəstəklədiyi qeyd edilib.
Etikxeber.az





