Ərdoğanla Tramp arasında yenidən telefon danışığı oldu və …

ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Etikxeber.az  “Anadolu”-ya  agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan həmkarının ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə qərarını məmnunluqla qarşıladıqlarını vurğulayıb və Türkiyənin bu prosesdə NATO-dakı müttəfiqi Birləşmiş Ştatlara hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Bölgədə hakimiyyət boşluğunun yaranmaması üçün “Münbiç Yol xəritəsi”nin başa çatdırılmasının, ABŞ ordusunun Suriyadan çıxarılmasına mane olmaq istəyən qüvvələrin cəhdlərinin qarşısının alınmasının vacibliyini vurğulayan prezidentlər Suriyanın ərazi bütövlüyü prinsipi əsasında ölkənin şimalında terrorçulardan təmizlənmiş təhlükəsizlik bölgəsinin yaradılması məsələsini də müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını bildirərək, ölkəsinin məqsədinin milli təhlükəsizliyə təhdid yaradan terror təşkilatları – İŞİD, PKK və onun Suriyadakı qolu ilə mübarizə aparmaq olduğunu deyib.

Telefon danışığında, həmçinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.

Prezidentlərin telefon söhbəti ilə bağlı Ağ Evin rəsmi açıqlamasında dövlət başçılarının ABŞ ordusunun Suriyadan çıxarılması məsələsi ilə yanaşı, ikitərəfli münasibətlərin inkişafı barədə də fikir mübadiləsi apardıqları qeyd olunub.

Açıqlamada Prezident Donald Trampın Suriyanın şimal-şərqindən yarana biləcək təhdidlərlə bağlı Türkiyənin narahatlığının aradan qaldırılması üçün birlikdə əməkdaşlıq etmək istədiklərini vurğuladığı bildirilib.

Etikxeber.az

Read Previous

Bu klub bosniya və herseqovinalı futbolçunu heyətinə cəlb etdi

Read Next

Dünən də olub, bu gün də var, sabah da olacaq – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir