Ərdoğanla Vladimir Putin arasında telefon danışığı oldu…

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, prezidentlər Suriya problemi və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində dünyasını dəyişməsini müzakirə ediblər.

Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində həyata keçirilməsindən məmnunluq duyduqlarını dilə gətirən Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin atəşkəsin bütün Suriya ərazisini əhatə etməsi məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.

Prezidentlər A.Karlovun sui-qəsdinin işıqlandırılması üzrə istintaqda birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildiriblər.

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirildi – FOTOLAR

Read Next

Deputatın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Moskvada təqdimatı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir