Ərzaq təhlükəsizliyi ciddi məsələdir, çünki… DEPUTAT – RƏY(LƏR)

Ərzaq təhlükəsizliyi ilə bağlı layihə nə vaxt müzakirələrə çıxarılacaq?

Ərzaq təhlükəsizliyi ilə bağlı qanunun qəbuluna ehtiyac var.

Oxu.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin üzvü Hüseynbala Mirələmov deyib.

Onun sözlərinə görə, indiki reallıqda belə bir qanunun hazırlanması və müzakirələrə çıxarılaraq, qəbul edilməsinə ciddi ehtiyac duyulur.

Millət vəkili deyib ki, bunu xüsusilə də, regionumuzda və dünyada baş verən proseslər zəruri və diktə edir:

“Özünüz də regionumzda, ətrafımızda, bütövlükdə dünyada baş verənləri görürsünüz.

Hər gün bir qalmaqal, hər gün bir təhdid…

Terraktlar, qanlı qarşıdurmalar, aclıq, səfalət bir-birini əvəz edir, biri bitməmiş, o biri başlayır. Baş verənlərdən bəzən göz açmağa belə imkan olmur.

Məsələn, son günlər Tramp administrasiyası ilə Türkiyə, İran arasında yaşananları götürək. Hər iki ölkədə- qardaş Türkiyədə, dost, qonşu İranda artıq sanksiyalar ciddi fəsadlarını göstərməkdir, hər iki ölkənin milli valyutası saniyəbəsaniyə dəyərini itirməkdədir.

Düzdür, hər iki dövlət güclü, oturuşmuş, çəkili ölkələrdir, dünyada öz yerləri var, baş verənlərin qarşısını almaq iqtidarındadırlar, amma reallıq da ortadadır. Yəni, bir hadisə avtomatik olaraq o biri sahəni vurmaqda, ona zərərini toxundurmaqdadır.

Biz də dünyadan təcrid olunmamışq, dünyaya açıq, şəffaf ölkəyik, öz problemlərimizi də məhz öz gücümüzə, öz potensialımıza uyğun şəkildə həll edirik.

Ölkədə ciddi ərzaq təhlükəsizliyi problemi də yoxdur. Amma bununla belə, ətrafımızda, dünyada yaşananları nəzərə alıb, çox ehtiyatlı da olmalıyıq.

İşimizi bəri-başdan tutmalıyıq ki, sabah sual qarşısında qalmayaq.

Bu baxımdan da hesab edirəm ki, artıq ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanmalı və ilk növbədə komitəmizin, sonra isə ya payız sessiyasının, ya da yaz sessiyasının müzakirəsinə çıxarılmalıdır.

Payız sessiyası ilə bağlı komitəmizin ilk iclasında da bu təkliflə çıxış edəcəyəm”.

huseynnnnnn

eldeeeeee

Adıçəkilən komitənin digər üzvü Eldəniz Səlimov da ərzaq təhlükəsuzliyi ilə bağlı qanunun qəbulunu vacib sayır.

Bildirir ki, burada bəlkə bir qədər gecikilib də.

“Artıq neçə illərdir ki, bu məsələ gündəmdədir.

Əksəriyyət belə bir qanun layihəsinin hazırlanması və qəbulunu vacib sayır. Komitəmizin sədi hörmətli Eldar İbrahimov da hər zaman bu məsələni gündəmə gətirir, onun vacibliyini söyləyir, əsaslandırır. Çünki illərin təcrübəsinə malik bir insan, parlamentaridir.

Həmçinin, cənab prezidentin bir neçə il öncə ərzaq təhlükəsizliyi ilə bağlı imzaladığı sənəddə də bu yöndə qanunvericiliyin hazırlanması məsələsi özünün əksini tapıb. Ölkə prezidenti belə bir sənədin qəbulunda maraqlıdır.

Düzdür, ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizdə əndişələnəcək bir məsələ yoxdur, artıq ölkəmizdə bütün növ qida, yeyinti məhsulları istehsal, emal olunmaqdadır.

Dövlətin, dövlət rəhbərinin diqqət və qayğısı, dəstəyi sayəsində ölkəmizdə emal müəssislərinin sayı gündən-günə artmaqdadır.

Amma bununla belə, müharibə şəraitində yaşayan ölkəyik, ərtafımız qaynar qazan kimi qaynarır, çalxalanır. Aclıq, cəfalət baş-alıb gedir.

Ona görə ərzaq təhlükəsizliyi ilə bağlı qanunvericiliyin formalaşdırılması öz aktuallğını ortaya qoyur.

Çox güman ki, yaxın zamanlarda bu qanunun da müsbət həlli mümkün olacaq, yeni layihə hazırlanacaq və müzakirələrə təqdim ediləcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

Read Previous

Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

Əlilliklə, ünvanlı sosial yardımla bağlı qanunlar yenilənəcək?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir