“Əsanəvi tabor”un Xüsusi Təyinatlısı, Gizir, bir neçə medal və ordenli, İkinci Vətən Müharibəsinin iştirakçısı və 2022-ci ilin Qanlı sentyabr Şəhidi-GORANBOYLU YUSİF QURBANOVUN BU GÜN ANIM GÜNÜDÜR, ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİRİ İL ÖTÜR – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Goranboy rayonunun Şəfəq kəndindən olan “Əfsanəvi tabor”un Xüsusi Təyinatlısı, 2022-ci il Qanlı sentyabr Şəhidi Yusif Asif oğlu Qurbanovun bu gün Əbədiyyətə uğurlanmasının birinci ili, Anım Günüdür. 

Etikxeber.az xəbər verir ki, Yusif Qurbanov 1998-ci ilin 12 noyabr tarixində Goranboy rayonunun Şəfəq kəndində-sadə bir ailədə dünyaya gəlib.

Yusif Qurbanov ailənin üç övladından, 3 qardaşdan biri idi.

Yusif Qurbanovun özü də, iki qardaşı-Nüsrətlə Qüdrət də peşəkar hərbçi olublar.

O, Xüsusi Təyinatlı, Gizir idi.

Həm özü, həm də qardaşı Nüsrət İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Yusif İkinci Vətən Müharibəsi zamanı 4 dəfə yaralansa da, sonacan döyüşüb, vuruşub.

İkinci Vətən Müharibəsindən sonra Yusif 4, Nüsrət isə 1 medalla təltif olunub.

Yusif həm də İkinci Vətən Müharibəsindən öncə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif edilib.

O, ötən ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanıb.

Ancaq həkimlərin səyinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Nəşi bir gün sonra-18 sentyabr 2022-ci il tarixində izdihamlı şəkildə Şəfəq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən az sonra-Ali Baş Komandanın 5 noyabr 2022-ci il tarixi sərəncamları əsasən Yusif daha bir medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yusif həm də nişanlı olub.

Tərtərli, qohumu, 18 yaşlı Məlahət xanımla nişanlı idi.

***

Şəhidliyinin birinci ili, Anım Günü ilə bağlı bu gün səhər saatlarında izdihamlı şəkildə Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, qısa çıxışlar edilib.

Şəhid ailələri, hərbçi-döyüşçü yoldaşları, Qazilər, rəsmi şəxslər və digərləri çıxış ediblər.

Çıxışlarda Yusif Qurbanovun 24 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs edilib.

Onun İgidliyi və Qəhrəmanlığından söz açılıb, Vətən naminə fədakarlıqlarından danışılıb.

Eyni zamanda, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ailəsinə Allahdan səbr dözüm arzulanıb.

Sonra ailəsinin yaşadığı evdə, ata ocağında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, kənd sakinləri, Goranboy, Naftalan, Ucar, Neftçala, Lerik, Bakı, Salyan, Sumqayıt və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllim və şagirdlər, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayonunun rəhbər şəxsləri və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

ŞƏHİDİN MƏZARINI ZİYARƏT…

13:40

***

ANA(LAR), YANAR AĞLAR…

***

14:40

***

QƏHRƏMAN OĞULLARIN QƏHRƏMAN ATALARI-ŞƏHİD ATALARI…”ƏFSANƏVİ TABOR”UN DÖYÜŞÇÜLƏRİ… ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLILAR…

15:10

***

ŞƏHİDİN ANIM MƏRASİMİ…

15:25

***

GORANBOY RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MƏHƏRRƏM QULİYEV VƏ GORANBOY RAYONUNUN RƏHBƏR ŞƏXSLƏRİ…

15:25

***

QƏHRƏMAN ANALAR-ŞƏHİD ANALARI, VƏTƏN SEVDALISI İGİDLƏR, XÜSUSİ TƏYİNATLILAR, QAZİLƏR…

15:40

***

ŞƏHİD ANALARI…ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…QƏHRƏMAN OĞULLAR…DƏRD VƏ QÜRUR ORTAQLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident Azərbaycan musiqi ictimaiyyətini-TIBRİK ETDİ…

Read Next

Son bir həftədə-DAHA 142 YENİ YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir