“Əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir”-FAZİL MUSTAFA OPERATİV QƏRARGAHA SƏSLƏNDİ

Qarşıdan gələn əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərar verəcəyi ilə bağlıdır.

Etikxeber.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat çıxışında xüsusilə, iş yerlərinin yeni açılmasına diqqət çəkib:

“İnsanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. İnsanlar yenidən qapanma olacağından qorxur. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir. Yenidən qapanmaya, iş yerlərinin bağlanmasına ehtiyac yoxdur”.

O, həmçinin, Novruz bayramı öncəsi qiymətlərin qalxmasını da vurğulayıb.

“Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. Ancaq rayonlara gediş-gəlisi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“YAP xalq partiyası olaraq, yalnız məmurların, yaxud, nomenklaturanın deyil, məhz əhalinin əsas qurucu hissəsinin, ölkənin ÜDM-ni formalaşdıran sahibkarlar təbəqəsinin partiyası olaraq tanınması arzu edilir”-ZAHİD ORUCDAN YAP-A ÇAĞIRIŞ

Read Next

“Polis pisdir, hakim pisdir, deputat pisdir, bəs sən özün yaxşısanmı?”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir