Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Seçkilərin elan olunduğu ilk dəqiqələrdən əsas müxalifətin (iqtidarın da “radikal” adlandırdığı) növbədənkənar prezident seçkilərinə qatılmasının zəruriliyini, vacibliyini yazmış, fikirlərimi də əsaslandırmışdım xaricdən və daxildən tezislər olmadan, almadan (belə şeylər mənlik deyil)…
Qeyd etmişdim ki, İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli seçkilərə qatılmalıdır, qatılsalar, yaxşı olar (Rəsul Quliyevi, Əli İnsanovu, Etibar Məmmədovu, İlqar Məmmədovu…heç zaman ciddi müxalifət, ümumən müxalifət saymamışam…)…
Onu da yazmışdım ki ( və indi də yazıram), seçkilərin qalibi bəribaşdan, hər kəsə öncədən məlumdur-indiki Prezident İlham Əliyev və müxalifət seçkilərdə özünü bir daha sınamaqla, bir daha özünü cəmiyyətə təqdim etməklə, əsas diqqəti, əsas hədəfi parlament seçkilərinə yönəltməlidir…
Təəssüf ki, əsas müxalifət seçkiləri növbəti dəfə boykot etdi…
Hansı ki, son 20-26 ildə boykotun (ən azı 1998-ci il təcrübəsi, faktı ortadadır) uğurlu bir seçim olmadığı ortadadır və müxalifətin özünə də yaxşı bəllidir…
Ancaq əslində müxalifət İlham Əliyevin zəif vaxtında deyil, məhz indiki güclü dönəmində, reytinqinin ən yüksək həddə olduğu bir vaxtda( Qarabağ məsələsinin həlli, uğurlun xarici siyasət kursu ilə bağlı… Daxili siyasətlə bağlı isə çox, əməli və real işlər görülməlidir, insanlar kasıbçılıqdan, yoxsulluqdan, ədalətsizlikdən…qurtarılmlıdır və sair və ilaxır) seçkilərə qatılmalıydı…
Hətta Mərkəzi Seçki Komissiyasının (MSK) hansı nəticə(ləri)ni elan edəcəyindən asılı olmayaraq (əsas müxalifət liderinə-namizədinə ən azı 10-15 faiz yazılacaqdı), özləri real səslərinin və real güclərinin nədən ibarət olduğunu görə, ötən müddətdə nələri etmədiklərini, nələri bacarmadıqlarını və qarşıdakı dönəmdə nələri etməli olacaqlarını bir daha yəqinləşdirə bilərdirlər…
Parlament seçkilərinə daha hazırlıqlı ola, daha hazırlıqlı gedə bilərdilər…
Həm də müxalifətdə əsas güc mərkəzinin kimin ətrafında, kimin liderliyində olduğu-olacağı üzə çıxardı, məlum olardı…
Və cəmiyyətin müəyyən kəsiminin, daxildəki və xaricdəki bəzi qüvvələrin qınaqlarından, təhnizlərindən də qurtula bilərdilər…
Qeyd etdiyim kimi, çox təəssüf ki, bunlar baş vermədi…
Seçkilərdə səhv etmirəmsə, 7 namizəd iştirak edəcək…
Kimisə aşağılamaq, kiməsə qarşı nəsə söyləmək fikrim və haqqım yoxdur…
Hər kəs öz seçimində müstəqildir və özünə cavabdehdir…
Namizdədlərdən Zahid Oruca (Zahid Orucla bağlı ayrıca yazım var), Qüdrət Həsənquliyevə və Fazil Mustafaya da hər zaman bir insan və siyasətçi kimi böyük hörmətim, sayğım olub və var (bir çox addımlarını, siyasi davranışlarını qəbul etməsəm də)…
Onlara da seçkilərin nə ilə sonuclanacağı bəllidir…
Yenə də hər birinə uğurlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





