Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2022-ci ilin avqust ayının 5-də Şəhidlik məqamına ucalan beş Şəhidimizdən biri-Samir Səməd oğlu Xudiyevin Anım günüdür.
Sabah Samir Xudiyevin Şəhidliyindən 2 il keçir.
Şəhidliyinin ikinci ilə bağlı sabah Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Samir Xudiyevin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Sonra Samir Xudiyevin Şəhidliyinin ikinci ilə bağlı Bakıxanov qəsəbəsində yerləşən “Günəş” şadlıq sarayında Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Bir daha ruhuna dualar ediləcək, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.
Etikxeber.az xəbər verir ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.
Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb.
Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar.
Evin-ailənin ikinci övladı idi.
2009-2020-ci illərdə orta məktəbdə oxuyub.
2020-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb.
Laçın istiqamətində qulluq edib.
Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb.
Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik, dərgahı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az