Əslən Laçınlı, ailənin 4 övladından biri, subay, Birinci Qarabağ Savaşının Şəhidi-SEYMUR XANKİŞİYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTO-VİDEO – YENİLƏNİB

Bu gün, 31 mart tarixində Birinci Qarabağ Savaşının Şəhidlərindən olan Seymur Qəhrəman oğlu Ağakişiyevin adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, Seymur Ağakişiyev 1973-cü ilin avqust ayının 6-da Laçın rayonunun Pircahan kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə 4 övlad-3 qardaş, bir bacı olublar.

Seymur böyük qardaş olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmət dövrü isə qanlı Birinci Qarabağ Savaşı dönəminə təsadüf edib.

1993-cü ilin aprel ayının 1-də doğulub boya-başa çatdığı Laçın rayonunun Təzəkənd kəndi istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub, daha doğrusu, itkin düşüb.

Uzun müddət ondan xəbər çıxmadığı üçün Seymur Xankişiyevə Şəhid statusu verilib.

Seymur həm də subay olub.

***

Bu gün saat 12:00-da Şəhidin ailəsinin yaşadığı Binəqədi rayonunda, evlərinin yaxınlığında adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Açılışda Şəhidin anası Xanım Ağakişiyeva, qardaşları Şakir və Rasim Ağakişiyevlər, bacısı, qohumları, Laçından olan bəzi Şəhid ailələri, din xadimləri, məktəblilər, Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi və başqaları iştirak ediblər.

Açılış mərasimi bir saatdan çox çəkib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Seymur Xankişiyevin İgidliyindən, Qəhrəmanlığından, Vətənpərvərliyindən, elinə-obasına bağlılığından bəhs edilib.

Bildirilib ki, Seymurun ürəyi daim Vətən eşqilə döyünüb və cəmi 20 yaşında Vətən yolunda canını fəda edib.

Mərasimdə həm də təsirli, duyğulu anlar yaşanıb.

Mərasimin sonunda Şəhidin anası tərəfindən bulağın üzərindəki ipək örpək götürülərək, açılış edilib.

Şəhidin anası və ailə üzvləri həm mərasim iştirakçılarına, həm də bulağın açılışında, başa gəlməsində əməyi, zəhməti olanlara öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra Şəhidin adına ehsan süfrəsi açılıb.

15:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Erməni faşizminin tarixdən silinməyəcək cinayəti: 31 Mart Azərbaycanlıların Soyqırım Günüdür-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Read Next

56 yeni yoluxma-1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir