Əslən Lerikli olan, Türkanda yaşayan, cəmi 19 yaşında Şəhidlik məqamına ucalan-4 MEDALLI RƏŞAD ŞİRİYEV… – FOTOLAR

Rəşad Rasim oğlu Şiriyev…

Əslən Lerik rayonunun Bürsülüm kəndindən olan və Bakının Xəzər rayonunun Türkan kəndində yaşayan (yaşamış) Rəşad 2001-ci ilin 5 dekabr tarixində sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb…

Goranboy rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi xidmətə başlayıb…

Cəmi 10 ayın Əsgəri olub…

İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətində ağır döyüşlərdə bir Əsgər olaraq iştirak edib, döyüşüb, vuruşub…

Və oktyabrın 6-da ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi isə oktyabrın 7-də Türkan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub…

***

Qeyd edək ki, hazırda Şəhidin ailəsi bir sıra problemlər yaşayır…

Xüsusilə, ev problemi…

Belə ki, Şəhidin ailəsinin Türkan qəsəbəsində yaşadığı ev çox şəraitsiz vəziyyətdədir və bugünlərdə Bakıda əsən güclü külək ciddi fəsadlar yaşadıb, evin damını uçurub, yararsız vəziyyətə salıb və ailənin problemini daha da artırıb…

Həm də çox təəssüflər olsun ki, Şəhidin ailəsi hələ də yeni evlə, mənzillə təmin olunmayıb…

Şəhid ailəsi laqeydlik və biganəlikə üz-üzədir…

Xoş və qəbuledilən olan bir mənzərə deyil…

Və Şəhidin ailəsinin durumu, ev, yaşayış şəraiti ilə bağlı daha geniş növbəti yazıda bəhs olunacaq…

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkillərinin qış tətili başa çatdı-YAXIN GÜNLƏRDƏ 2022-Cİ İL YAZ SESSİYASI İLƏ BAĞLI MM-İN KOMİTƏ İCLASLARI BAŞLAYACAQ

Read Next

Bakıya sulu qar, rayonlara qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir