Əslən Qubadlılı və Qubadlıda da Şəhid olan peşəkar hərbçi, mayor-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VÜQAR ƏHMƏD OĞLU AĞAYEV…- FOTOLAR – YENİLƏNİB

Bu gün, 11 may tarixində daha bir Şəhid ailəsini ziyarət etdim…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, peşəkar hərbçi, mayor Vüqar Ağayevin ailəsinə, Mələk simalı, Nur üzlü anasına baş çəkdim…

Əslən Qubadlılı olan Vüqar Ağyevin anası 3 ildir ki, Masazır qəsəbəsində, digər oğlu İlqargillə birlikdə yaşayır…

Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin mart ayının 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində anadan olub…

Ailədən 4 uşaq, 3 qardaş, 1 bacı olublar…

Orta məktəbi bitirdikdən sonra atası Əhməd kişi kimi həyatını Ordu, hərb ilə bağlayıb…

Ali təhsilli peşəkar hərbçi olub…

Birinci Qarabağ Savaşında da iştirak edib…

Mayor rütbəsinə qədər yüksəlib…

Xidmətlərinə görə ölkə Prezidenti və Müdafiə Nazirliyi tərəfindən dəfələrlə təltif olunub, medallara layiq görülüb…

Haqq edib, Haqq etdiyini də alıb…

Və Azərbaycan Ordusunun zabiti, daha doğrusu, təqaüddə, istefada olan mayor, eləcə də qəlbi Vətən, Qubadlı eşqi ilə döyünən bir Vətən sevdalısı, fədaisi kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən son günlərinə, Şəhidliyinə qədər ən ağır, ən qızığn döyüşlərdə iştirak edib…

Bir sıra qəhrəmanlıqlara imza atıb…

Və noyabr ayının 1-də doğulub boya-başa çatdığı Qubadlı rayonunun Çardaqlı istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, noyabrın 2-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı və iki medalla-“Vətən uğrunda”“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Eyni zamanda, Şəhidə həsr olunmuş “Torpaqdan torpağa” “Vətənin Vüqarı” sənədli filmləri çəkilib…

Vüqar Ağayev həm də ailəli, iki övlad atası olub…

PərvinYeganə adlı övladları Vətənə əmanət qalıb.

***

Ziyarətim zamanı Vüqar Ağayevin Nur simalı, Məğrur və Dik duruşlu anası, Analar anası, adı kimi xanım-xatun olan Xanım anaya bir daha başsağlığı verdim, bir daha ona və Şəhidimizin əzizlərinə Allahdan səbr və dözüm dilədim, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Ziyarətim təxminən 2 saata yaxın çəkidi və bir daha Şəhidimizin, Vətən Müharibəsi Qəhrəmanımızın keçdiyi şərəfli həyat və döyüş yoluna nəzər salındı, ekskurs edildi…

Bir daha Şəhidimizlə, Vüqar Ağayevlə və onun özü kimi Qəhrəman, Vətənpərvər olan anası Xanım ana ilə bir araya gəlməkdən, yaxından tanışı olmaqdan Fəxr etdim, Qürur duydum…

Əsl Şəhid anası, əsl Qəhrəman anasıdır Şəhid Vüqar Ağayevin anası…

Örnək, nümunə ana…

Həm Şəhidimizin ruhu, həm də onun gözəl, Mələk simalı anası Xanım ana qarşısında baş əyirəm!

Neçə ki, Şəhidlərimiz, Vətən sevdalılarımız və onların özləri kimi Qəhrəman anaları, ailələləri var, heç zaman bu ölkə, bu Vətən basıla, kiminsə qarşısında əzilə, məğlub ola bilməz!

Neçə ki, Azərbaycan var, Azərbaycan xalqı yaşayır, Şəhidlərimiz də, Vüqar Ağayevlər də var olacaq, mənən, ruhən bizimlə, bizlərlə yaşayacaqlar, yolumuza mayak, Nur, çıraq olacaqlar!

Allah cəmi Şəhidlərimizin, içində də Vətən sevdalısı Vüqar Ağayevin məzarını bir daha behiştlik, məqamını bir daha Uca etsin!

Nur içində yatsın, Nur içində uyusunlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

13:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Konqres Ukraynaya 40 milyardlıq yardım paketini-TƏSDİQLƏDİ

Read Next

Prezident 70 yaşlı Səfa Mirzəyevi-TƏLTİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir