Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Şuşalı, özü isə Bərdə doğumlu Samir Şamil oğlu Ələkbərlinin Anım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, ailəsi əslən Şuşadan və məcburi köçkün olan Samir Ələkbərli 2002-ci ilin iyulun 2-də Bərdədə, sadə bir ailədə dünyaya göz açıb.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.
Samir 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsi başlayan zaman cəmi iki ay yarımın Əsgəri olub…
İkinci Qarabağ Savaşı zamanı Füzuli istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayında döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Oktyabrın 10-da, səhər tezdən Şəhidliyi xəbəri ailəsinə, atasına çatdırılıb və elə həmin gün Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub…
Şəhidliyindən sonra 3 medalla təltif olunub…
Qeyd edək ki, Şəhidliyindən sonra həm də qardaşı dünyaya gəlib və qardaşına Onun adı verilib.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





