Əvvəl Falkao, indi də Andone…

Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçunun transferini yekunlaşdırmaq üzrədir.

Etikxeber.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, klub rumıniyalı hücumçu Florin Andone üçün “Brayton”la danışıqları müsbət tamamlayıb.

Qeyd olunur ki, rumıniyalı futbolçu bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək. Futbolçu “Qalatasaray”da birillik icarə əsasında çıxış edəcək.

florin-andone

Qeyd edək ki, peşəkar karyerasına 2011-ci ildə İspaniyanın “Kastelyon” klubunda başlayan Florin Andone “Vilyareal”, “Atletiko Baleares”, “Kordoba” və “Deportivo” klublarının formasını geyinib. “Deportivo”nun heyətində iki mövsümdə 66 oyuna 18 qola imza atıb. İyirmi altı yaşlı mərkəz hücumçusu ötən mövsüm İngiltərə Premyer Liqasında 26 görüşdə meydana çıxıb və 4 qol vurub. O, bu mövsüm üç oyunda bir dəfə fərqlənib. 2015-ci ildən Rumıniya millisinin şərəfini qoruyan Andone yığmanın heyətində bir qol vurub.

Xatırladaq ki, “Cim-bom” bundan əvvəl Fransanın “Monako” komandasının hücumçusu Radamel Falkaonu transfer edib.

Etikxeber.az

Read Previous

“Verilən bəyanatlarin və real nəticələrin arasında böyük fərq olur” – TOFİQ ZÜLQÜQAROV PUTİNİN KÖÇƏRYANA TƏBRİKİNİ BELƏ ŞƏRH ETDİ

Read Next

Bir milyon insan təxliyə edilir – “DORİAN”A GÖRƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir