“Hələ jurnalist fəaliyyəti illərimdən Pakistanın bütün böyük bölgələrində olmuşdum…”-MM-İN PAKİSTANLA DOSTLUQ QRUPUNUN RƏHBƏRİ – FOTOLAR

Milli Məclisdə Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupuna rəhbər seçilməyimdən çox şad oldum.

Jurnalist kimi çalışdığım illərdə, sonra isə millət vəkili kimi bu qardaş, dost ölkəyə müxtəlif tədbirlər çərçivəsində səfərlər etmişdim. Hələ jurnalist fəaliyyəti illərimdən Pakistanın bütün böyük bölgələrində olmuşdum.

Azərbaycana çox yaxın dost, qardaş olan, Dağlıq Qarabağ problemində Azərbaycanı ən yüksək səviyyədə dəstəkləyən, Xocalı soyqırımı ilə bağlı birmənalı mövqe nümayiş etdirən, ölkəmizə hər zaman sevgiylə yanaşan əziz Pakistan haqqında bir neçə il əvvəl “Uzaqdakı ən yaxın Pakistan” kitabımı yazmışdım və Pakistanın milli bayramında həmin kitabın təqdimatı olmuşdu.

Təqdimatdakı çıxışım zamanı da bu gözəl ölkə haqqında, Azərbaycan – Pakistan arasındakı dost, qardaş münasibətlər haqqında fikirlərimi söyləmişdim.

Pakistan prezidentinin ölkəmizə səfəri çərçivəsində məni qəbul etməsi və belə bir kitaba görə təşəkkürü isə mənim üçün həyatımdakı ən gözəl günlərdən biri idi.

Qeyd edim ki, Ümummilli liderimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevin dost Pakistanla münasibətlərə verdiyi önəmin də həm jurnalist fəaliyyətim dövründə, həm də millət vəkili olaraq çox yaxından şahidi olmuşam.

Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı həm cənab Prezidentimizin, həm də dost Pakistan rəhbərliyinin hər zaman xüsusi diqqətindədir.

İnşallah, Azərbaycan-Pakistan Dostluq Qrupunun rəhbəri olaraq fəaliyyətimdə qrupumuzun bütün üzvləri ilə birlikdə Azərbaycan Pakistan parlamentlərarası əlaqələrinin, dost ölkələrimizin münasibətlərinin inkişafı istiqamətində bütün səylərimizlə çalışacağıq.

Azərbaycan Pakistan dostluğu hər zaman güclü olsun!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

Etikxeber.az

Read Previous

“Azərbaycan dövləti kimlərinsə diqtəsi ilə deyil, məhz xalqın maraq və mənafelərindən çıxış edərək, addımlar atır…”-DEPUTAT YAZIR

Read Next

“İndiyədək bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib…”-DEPUTAT 3 TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir