Əbədiyyətə uğurlanmasının ikinci ilində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Şəhid qardaşlardan biri-MUSA TAPDIQ OĞLU HƏSƏNOV – BU GÜN ONUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Musa Tapdıq oğlu Həsənovun ad günüdür.

Musa Həsənovun bu gün 27 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Musa Həsənov 1995-cı ilin noyabrın 24-də Mingəçevirdə sadə bir ailədə-Nəhayət və Tapdıq Həsənovların ailəsində dünyaya gəlib.

Evin-ailənin, Nəhayət və Tapdıq Həsənovların iki övladından, iki qardaşdan biri idi.

O, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu (Qızılhacılılı) olub.

Musa orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə, Əsgərliyə yolanıb.

Əsgərliyini bitirdikdən sonra evinə, ailəsinə dönüb.

Texnikum (kollec) təhsilli olub, müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlayan gündən də qardaşı Tural Həsənovla döyüşlərdə olub.

Musa müharibənin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqaməıtində Şəhid olsa da, uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi Şəhidliyindən 35 gün sonra, 5 noyabr 2020-ci il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qardaşı Tural Həsənov da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub, onun nəşi 68 gündən sonra ailəsinə təhvil verilib və dekabr ayının 9-da Əbədiyyətə uğurlanıb.

Hər iki qardaş ailəli, iki övlad atası olub.

Şəhidliyindən 6 ay sonra isə qız övladlarından biri – bir yaşlı İnci də xəstəlikdən vəfat edib.

Şəhidliyindən sonra 3 medal və bu ilin noyabr ayının 5-də, Əbədiyyətə uğurlanmasının ikinci ilində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Eyni zamanda, torpağa tapşırılmasının ikinci ilində, 5 noyabr 2022-ci il tarixində Mingəçevirin “Günəşli” yaşayış massivində “Musa və Tural qardaşları küçəsi”nin açılış mərasimi olub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 27 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (9)

Read Next

BMT TŞ Ukraynaya görə təcili iclas-KEÇİRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir