“Əcnəbilərə də transplantasiya həyata keçirə biləcəyik…”-MM-İN KOMİTƏ SƏDRİ

Biz qanunda nəzərdə tutulan hallarda əcnəbilərə də transplantasiya həyata keçirə biləcəyik.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dünyanın heç bir yerində ksenoplantasya təcrübədə tətbiq olunmur:

“Qanun layihəsinin 1-ci oxunuşda müzakirəsi zamanı həmkarım Qüdrət Həsənquliyev bununla bağlı sual vermişdi. Ancaq çox yaxın vaxtda biz bunu da təcrübədə tətbiq edə biləcəyik. Eyni zamanda həmkarımın digər təklifini nəzərə alaraq, qanun layihəsində olan yaxın qohumlar sözünü, qohumlar sözü ilə əvəz etmişik. Qüdrət Həsənquliyev təmənnasızlıq prinsipi ilə bağlı fikirləri də var idi. Biz bu prinsipləri pozsaq, orqan alverinə yol vermiş olarıq. Bu, beynəlxalq hüquqa ziddir. Həmçinin, Musa Quliyevin dediyi məsələ də qanun layihəsində əksini tapıb. İnsan orqanlarının transplantasiyası və donorluğu ilə bağlı qanun layihəsinin maliyyə təminatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanacaq”.

Sonra “Bu qanun layihəsinin qəbulu çox əhəmiyyətlidir. Bununla bağlı onlarla müraciət almışam”– deyən deputat Razi Nurullayev  isə bildirib ki, orqan transplantasiyası zamanı indiyə qədər olan növbəlilik nəzərə alınmalıdır:

“Növbəlilik prinsipi gözlənilərkən korrupsiyaya meyllilik halları yarana bilər. Bunun qarşısını almaq üçün qanunda indiyə kimi növbəliliyin saxlanılması məsələsi də qanun layihəsində əksini tapmalıdır. Əks halda burada qeyri-şəffaflıq yarana bilərr. Yaxud burada hansısa mexanizmlər tətbiq oluna bilər. Növbəlilik prinsipi gözlənilərkən xəstənin vəziyyəti də nəzərə alınmalıdır”.

Cavabında da Ə. Əmiraslanov qeyd edib ki, şübhəsiz, qanun qüvvəyə mindikdən sonra informasiya bankı tərəfindən orqan gözləyən xəstələrin gözlədiyi müddət nəzərə alınacaq:

“Onların hüquqları pozulmayacaq. Qanun qəbul edildikdən sonra onun işlənmə mexanizmləri ilə müvafiq icra qurumları məşğul olacaq”.

Etikxeber.az

Read Previous

“Parlament adından ABŞ Konqresinə və Senata müraciət olunsun”-QÜDRƏT HƏSƏNQULİYEV

Read Next

“Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq….”-ÇAVUŞOĞLU İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ BELƏ DEDİ…-YENİLƏNİB- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir