Ukraynada yeni – şoumen Zelenski dönəmi… – YENİLƏNİB – (4)

Bu gün Ukraynda prezident seçkilərinin ikinci turu keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, ikinci turda mübarizə  prezidentliyə namizəd Vladimir Zelenski məntəqəyə gələrək səs verib.

Zelenski səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu gün ədalətli seçki qələbə çalacaq. Bu gün bütün ukraynalıların qələbəsi olacaq. Biz hamımız Ukraynanın işıqlı gələcəyi üçün birləşmişik”.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimri Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.

***

Prezidentliyə digər namizəd Petro Poroşenko da məntəqəyə gələrək səs verib.

Poroşenko səsvermədən öncə ailəsi ilə birgə “Mixaylovski” kilsəsinə gələrək dualar edib.

Səsvermədən sonra jurnalistlər qarşısında çıxış edən Poroşenko deyib ki, ölkədə ədalətli, şəffaf seçkilər keçirilir: “Ukrayna demokratik yolla irəliləyir, Avropa İttifaqına inteqrasiya edir. Avropa yolunda islahatlar davam edəcək. İnanıram ki, xalq öz düzgün seçimini edəcək, ədalətli, demokratik seçki qalib gələcək”.

***

Ukraynada prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 15:00-a olan nəticəyə görə, Mərkəzi Seçki Komissiyasının son hesablamalarına əsasən seçici fəallığı 45,26 faiz təşkil edib.

Bu da seçkilərin birinci turunun analoji vaxtı ilə müqayisədə artıqdır.

Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Məlumata görə, seçicilərin aktivliyi saat 12:00-dan sonra artıb.

Dneprpetrovsk vilayətində seçicilərin 50,90, Poltovada 50,37, Xarkovda 48,18, Nikolayev vilayəti 48,33, Kiyevdə 46,14, Lvovda 40,12 faizi səs verib. Ən zəif seçici aktivliyi Zakarpatya vilayətində qeydə alınıb – 29,64 faiz.

***

NAQİF

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi xırda texniki problemləri çıxmaq şərti ilə çox yaxşı təşkil olunub.

Bu fikri isə mətbuata açıqlamasında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində səsvermə prosesini izləyən deputat Naqif Həmzəyev söyləyib.

Onun sözlərinə görə, məntəqələrdə seçici fəallığı müşahidə edilir. AŞPA müşahidə missiyası 20-dən çox məntəqədə olub. Daha bir məntəqədə bülletenlərin sayılması prosesini izləyəcəklər.

N.Həmzəyev bildirib ki, sabah səhər AŞPA müşahidə missiyası seçkilərlə bağlı yekun münasibətini açıqlayacaq.

***

Ukraynada prezident seçkilərinin ikinci turu yerli vaxtla saat 20:00-da başa çatıb.

 RİA Novosti-nin məlumatına görə, “exit-poll”un ilkin açıqlamasına görə, Zelenski daha çox səs toplayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

***

Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.

Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.

“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik” – deyə,  Poroşenko əlavə edib.

Poroşenko həmçinin çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.

Eikxeber.az

Read Previous

Rafael Ağayev “Karate 1” seriyasından Premyer Liqa turnirində bürünc medal qazandı

Read Next

“Ofisdən gedirəm, siyasətdən yox!” – POROŞENKO MƏĞLUBİYYƏTİNİ ETİRAF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir