Əfsanəvi Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli-Bərdəli Devran Naibov və həm atasını, həm tək bacısını vaxtsız itirən, MAXE, Goranboylu Səməd RZAYEV: BU GÜN DEVRAN NAİBOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, NƏŞİ İKİ AY BİR GÜNDƏN SONRA TAPILAN SƏMƏD RAZYEVİN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİDİR…- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Səməd Füzuli oğlu Rzayevin Anım Günü, Devran Fazil oğlu Naibovun (Nayıbovun) doğum günüdür.

Goranboy rayonunun Tatarlı kəndindən olan Səməd Rzayevin Əbədiyyətə uğurlanmasından iki il keçir, Bərdə rayonundan olan Devran Nayıbovun isə Cənnətdəki üçüncü doğum günüdür, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Peşəkar hərbçi-Kiçik gizir Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub.

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.

Döyüşüb, vuruşub, bir sıra qəhrəmanlıqlara imza atıb.

Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Oktyabrın 8-də Şəhid olan Devran Naibovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Goranboyun Tatarlı kəndindən olan Səməd Rzayev isə 1995-ci ilin 19 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 2 qardaşdan biri olub.

İllər öncə-2010-cu ildə atasını itirib, anası Zərqələm xanım onlara həm analıq, həm də atalıq edib.

Səməd Rzayev orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.

Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin Səmədini nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Yalnız iki ay bir gündən sonra nəşi əldə edilib və noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ancaq ailəsi-anası övladının ordenlərdən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Səmədin Əbədiyyətə uğurlanmasından bir il keçməmiş tək və ailəli bacısı Əfsanə uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bir ilin içində Rzayevlər ailəsi, Zərqələm xanım iki itki, iki acı, iki faciə yaşayıb.

Səmədin hazırda bir qardaşı var.

Səməd həm də subay olub.

***

Bu gün səhər saatlarında Səməd Razayevin Anım Günü ilə bağlı Səfikürd qəbiristanlığındakı məzarı, Devran Naibovun isə Cənnətdəki üçüncü doğum günü ilə əlaqədar Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Hər ikisinin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub, məktəblillər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib.

Şəhidlərin ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarlarını ziyarətdən sonra Bərdə rayonunda yerləşən “Leyli” şadlıq sarayında Devran Naibovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim, Səməd Rzayevin isə Tatarlıda, ailəsinin yaşadığı evdə Anım Günü ilə əlaqədar mərasim düzənlənib, adlarına ehsan süfrəsi açılıb.

Bir daha ruhlarına dualar oxunub, bir daha çıxışlar edilib.

Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən, fədakarlıqlarından bəhs ediblər.

Şəhidlərin məzarlarını ziyarətdə-Devran Naibovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə, Səməd Rzayevin isə Anım mərasimində ailə üzvləri, Bərdə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblillər, Bərdə və Goranboy İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Devran Naibovun Cənnətdəki üçüncü doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsınlar!

13:39

***

FOTOLAR:

17:39

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistan öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə maneçilik törədir-CEYHUN MƏMMƏDOV

Read Next

“Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”-AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir