“Əgər ermənilər, onların dəstəkçiləri yenə “Dəmir Yumruq” istəmirlərsə, o zaman minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil versinlər və birdəfəlik rədd olub öz qınlarına girsinlər”-JALƏ ƏLİYEVA ŞƏHİD JURNALİSTLƏRDƏN, SUSUZLUQ FACİƏSİNDƏN YAZDI

Yenə namərd, nakəs düşmən.

Yenə murdar, alçaq erməni xisləti.

Yenə lal, kar, kor dünya.

Yenə susqunluq, yenə görməzdən gəlməklik.

Yenə fani və ədalətsiz dünyanın acı gerçəkləri və gerçəklikləri.

Dünən, saatlar öncə yenə qanlı erməni cinayətkarlığının şahidi olduq.

Yenə günahsız qanlar axıdıldı, yenə günahsız canlar getdi, yenə üç Şəhid verdik.

Kəlbəcər rayonunun Susuzluq kəndində öz peşə fəaliyyətlərini davam etdirirəkən, yerinə yetirərkən iki media təmsilçimiz- AzTV-nin operatoru Sirac Abışov, əslən elə Kəlbəcərdən olan AZƏRTAC-ın müxbiri Məhərrəmov İbrahimov və Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev mina partlaması nəticəsində həyatlarını itirdilər, Şəhid oldular.

Neçə illər idi ki, Azərbaycanda Şəhid jurnalistlər olmurdu, evlərə, ailələrə Şəhid jurnalist tabutları gəlmirdi.

Hansı ki, neçə-neçə dəyərli jurnalistimizi, qələm əhlimizi-Ali Mistafayevi, Osman Kazımovu, Salatın Əsgərovanı, Çingiz Mustafayevi …itirmişdik, onlar qanlı erməni terrorizminin, erməni vandalizminin qurbanına çevrilmiş, Şəhid olmuşdular.

Amma çox təəssüflər və əfsuslar olsun ki, dünən, 4 iyun tarixində yenə iki jurnalist, iki media təmsilçisi ailəsinə atəş düşdü -Şəhid atəşi düşdü, Şəhidlik xəbəri gəldi. Və bu acı xəbər nəinki həmin ailələri, bütövlükdə hər birimizi, xalqımızı dərin kədərə bürüdü, qərq etdi, göz yaşları yenidən selə döndü.

Dünən yenə kar, kor, lal dünyanın gözləri qarşısında qanlı erməni terrorizmi, barbarizmi, vandalizmi baş verdi, yaşandı.

Ancaq buna görə, tək ermənilər və Ermənistan günahkar deyil, buna görə, həm də Ermənistana, ermənilərə züy tutanlar-Şimalından tutmuş Cənubunacan, Şərqindən tutmuş Qərbinəcən hər kəs günahkardır.

Onların üzərində də bu tökülən qanların izi, ləkəsi var.

Çünki İkinci Vətən Müharibəsinin başa çatmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ermənilər və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir, vermək istəmir, min cür fırıldaq işlədib, bundan boyun qaçırırlar.Və onlara dəstək olanlar, qahmar çıxanlar da-elə Qərbdəkilər də, elə ATƏT-dəkilər də, elə həmsədrlik institutunda əyləşənlər də onlara gözün üstə qaşın var demir, erməniləri və Ermənistanı öz öhdəliklərinə sadiq qalmağa və yerinə yetirməyə məcbur və vadar etmirlər.

Yenə də oyun oynayırlar, yenə də “bulanıq suda balıq sevdası”ndadırlar. Onlar ədalət, həqiqət, sülh, təhlükəsizlik tərəfdarı olsaydılar, çoxdan erməniləri və Ermənistanı buna məcbur, vadar edərdilər. Amma…

Elə ona görə dünənki-4 iyundakı faciə, dünənki qanlı olay da daxil olmaqla, hər biri ermənilər və Ermənistan qədər məsuliyyətli və günahkardır.

Bəli, ermənilər və Ermənistan Susuzluq qanlı olayı ilə bağlı bir daha öz çirkin, murdar iç üzünü açmış, ifşa etmiş oldu. Bir daha göstərmiş, nümayiş etdirmiş oldular ki, canidirlər, çinayətkardırlar və canları yenə “Dəmir Yumriq” istəyir.

Bəli, “Dəmir Yumruq” yenə yerində, yenə də öz əzəmtindədir və hər an işə düşə və ermənilərin, Ermənistanın, onların qanlı dəstəkçilərinin başına endirilə bilər.

Əgər bunu istəmirlərsə, o zaman minalanmış ərazilərin xəritələrini təcili Azərbaycana təhvil versinlər və bir daha, birdəfəlik rədd olub öz qınlarına girsinlər.

Azərbaycan xalqının və dövlətinin əsəbləri ilə oynamasınlar, əsəblərimizi yenidən tarıma çəkməsinlər. Uduzan yenə onlar olacaq, bu dəfə isə birdəfəlik, əbədiyyən!

Dünən baş verən qanlı olayı bir daha pisləməklə, lənətləməklə, Şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir, yaralılarımıza isə tezliklə şağalmalarını, normal həyatlarına dönmələrini arzu edirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Jalə ƏLİYEVA,

Millət vəkil, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Daha 108 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Ədliyyə nazirindən Susuzluq faciəsi və Şəhidləri ilə bağlı beynəlxalq təşkilatlara-MÜRACİƏTLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir