“Əhali ilə konsolidasiyaya getməliyik” – ELMAN RÜSTƏMOVDAN ÇAĞIRIŞ

Mərkəzi Bank 2017-ci ildə pul-kredit  siyasətini davam etidrəcək və bu siyasəti daha da sərtləşdirəcək.
Etikxeber.az  xəbər verir ki,  bunu Mərkəzi Bankın İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov parlamentdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2015-də pul kütləsi 50% azalıb, cari ildə də AMB strelizasiyanı davam etdirib.
Strelizasiyanın həcmi isə 6 mlrd. manat təşkil edir.
“Bununla izafi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb. Bunun nəticəsində manatın məzənnəsi ilin əvvəlindən cəmi 11% ucuzlaşıb”- deyə. E. Rüstəmov vurğulayıb.
Bununla belə, o, əlavə edib ki, qlobal çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatı böhranlara dayanıqlılığı nümayiş etdirir: “Bunun nəticəsidir ki, 2008-ci ildən keçən dövrdə, ancaq bu il iqtisadiyyatda resessiya hiss edirik”.

Yaranmış vəziyyətdən çıxış yolu kimi E.Rüstəmov deyib ki, sərt pul siyasəti davam etdiriləcək:
“2017-də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Yəni, məqsəd manatın məzənnəsinə əlavə təzyiq yaratmayaraq, inflaysinı tənzimləməkdir. Eyni zamanda, pul kütləsinin strelizasiyaının həcmi artırılacaq”.

E.Rüstəmov bildirib ki, bunun üçün ortamüddətli büdcə xərclərinin yığcamlaşdırılması labüddür:
“Biz ortamüddətli dövrdə əhali ilə konsolidasiyaya getməliyik və bu, büdcədə əksini tapmalıdır”.
AMB rəhbəri bildirib ki, borc və xarici investisiyalar manatın məzənnəsinin ucuzlaşmasına mənfi təsir göstərdiyindən, borclar və investiya problemi valyuta bazarından kənarda həll olunmalıdır:
“Biz bununla bağlı öz təkliflərimizi verəcəyik. Bu vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Valyutanın ucuzlaşmasının sosial iqtisadi nəticələrini yaxşı bilirik”.
Etikxeber.az

Read Previous

Baş bankir böhranı bu il hiss edib…ETİRAF

Read Next

Bernar Qaznöv Fransanın yeni baş naziri təyin olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir