Əhmədzadə, Qocayev, Muxtarov, Seyidov, Səfərov … YAŞLI İCRA BAŞÇILARI – SİYAHI

Xəbər verildiyi kimi,  ölkə Prezidenti  İlham Əliyev tərəfindən  dünən iki icra başçısının  istefası qəbul edilib.

Etikxeber.az-ın xəbərinə görə, vəzifələrindən könüllü gedən icra başçıları Xacmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı- 80 yaşlı Şəmsəddin Xanbabayev və bugünlərdə 60 yaşı tamam olan, təltif edilən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovdur.

Onların yerinə isə cavan kadrlar təyinat alıb-Elnur Rzayev Xaçmaza, Anar Tağıyev isə (Bakı şəhərinin icra başçısı Eldar Əzizovun kürəkəni) Yevlaxa  icra başçısı göndəriliblər.

Bəs görəsən, 60 yaşı tamam olan  və könüllü vəzifədən getməsi gözlənilən digər icra başçıları kimlərdir?

Mübariz Əhmədzadə-72 yaş, Zaqatalanın icra başçısı (həm də Su və Meliorasiya Komitəsinin sədri Əhməd Əhmədzadənin qardaşıdır və qeyd edək ki, komitə sədrinin də 74 yaşı var).

Alı Qocayev-72 yaş-Samuxun icra başçısı (spiker Oqtay Əsədovun qudasıdır).

Mirdaməd Seyidov-69 yaş-İsmayıllının icra başçısı.

Rafil Hüseynov-66 yaş-Masallının icra başçısı.

Əhməd Muxtarov-68 yaş-Hacıqabulun icra başçısı.

Vilyam Hacıyev-62 yaş-İmişlinin icra başçısı

Nizaməddin Quliyev-65 yaş-Ağstafanın icra başçısı.

Novruz Novruzov-65 yaş-Siyəzənin icra başçısı.

Eldar Əzizov-62 yaş-Bakının icra başçısı.

Mahir Quliyev-61 yaş-Biləsuvarın icra başçısı.

Şair Alxasov-61 yaş-Qusarın icra başçısı.

Taleh Qaraşov-60 yaş- Lənkəranın icra başçısı,

Lütvəli Babayev- 60 yaş- Zərdabın icra başçısı.

Zakir Fərəcov – 65 yaş- Sumqayıtın icra başçısı.

Əhəd Abıyev – 61 yaş – Daşkəsənin icra başçısı.

Musa Şəkiliyev – 60 yaş – Qax Rayon İcra Hakimiyyətinin başçısı.

Adil Məmmmədov -60 yaşı keçib -Qobustanın icra başçısı.

Arif Seyidov-62 yaş-Göygölün icra başçısı.

Nazim İsmayılov -67 yaş -Saatlının icra başçısı.

İsmayıl Vəliyev – 60 yaşı iki öncə tamam olub – Neftçalanın icra başçısı.

Vidadi İsayev -60 yaş – Bərdənin icra başçısı.

Vaqif Həsənov – 60 yaş -Ağdamın icra başçısı.

Şahin Məmmədov – 60 yaş – Ağcabədinin icra başçısı.

Bayram Səfərov -69 yaş -Şuşanın icra başçısı.

Siraqəddin Cabbarov -dekabrda 60 yaşı tamam olacaq – Sabirabadın icra başçısı.

Etikxeber.az

Read Previous

Xaçmazlı deputat – KÖHNƏ VƏ YENİ İCRA BAŞÇISINDAN DANIŞDI

Read Next

Fuad Qəhrəmanlı – 30 GÜN HƏBSDƏ OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir