“Ələt Azad İqtisadi Zonasının yaradılması uğurumuzun növbəti addımı, nöbəti mərhələsi olacaq”-JALƏ ƏLİYEVANIN BAXIŞI

“…Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir…”

Bu fikirlər Azərbaycan Prezidenti, Qalib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Qalib Azərbaycanın Qalib, Qurucu-Yaradıcı-Xilaskar Lideri bu fikirləri  Azərbaycan Televiziyasına son müsahibəsində dilə gətirib.

18 illik tarixiiqtidarlığı, hakimiyyəti dönəmində Azərbaycanı hər bir sahə, hər bir parametr üzrə yüksəkliklərə qaldıran, inkişafdan-inkişafa, Qələbədən-Qələbəyə, Zəfərdən-Zəfərə doğru aparan ölkə Prezidenti uzqagörən, müdrik, son dərəcədə balanslaşdırılmış və tarazlaşdırılmış siyasəti, addımları ilə hər gün, hər an Dastan, Tarix yazır və yaradır.

Dünyada hələ də maliyyə-iqtisadi kataklizmlərin davam etməsinə, “gizli düşmən” kimi tanınan koronavirus pandemiyasının bütün dağıdıcı təsirlərinə, zərbələrinə baxmayaraq, cənab Prezidentin başçılığı ilə Azərbaycan iqtisadiyyatı sürətli, dinamik inkişafını qoruyub-saxlayır, möhkəmləndirir, isər transmilli, istər regional, istərsə yerli əhəmiyyətli layihələrin icrası bir-bir uğurla davam etdirilir.

Heç bir axsama, ləngimə yaşanmır, əksinə, ancaq və ancaq irəliyi doğru inanmla və inamlı addımlar atılır.

Hər gün, hər həftə, hər ay yaşanan tarixi açılışılar bir daha bunu sübut edir, gözlər önünə sərir. Necə deyərlər, görünən dağa nə bələdçi?!

Azərbaycanın son illərdəki önəmli addımlarından biri də Ələt Azad İqtisadi Zonanın yaradılması məsələsidir.

Artıq neçə illərdir ki, bu istiqamətdə müvafiq addımlar atılır, hətta, ali qanunverici orqan parlament-Milli Məclis səviyyəsində də bu məsələnin hüquq bazası yaradılıb.

Cəmi bir-iki il öncə Milli Məclis tərəfindən gərgin, uzun və son dərəcədə əhəmiyyətli müzakirələrdən, fikir dartışmalarından sonra bu yöndə mükəmməl və mütərəqqi qanun qəbul edilib.

Bu prosesə Milli Məclis və parlamentarilər olaraq, bizlər də öz töhfəmizi verməyə çalışmışıq.

Bəli, Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmiz üçün çox vacib və önəmli addımlardandır.

Bu, iqtisadiyyatımızın inkişafı, yeni maliyyə mənbəyi, yeni iş yerləri, insanlarımızın, vətəndaşlarımızın işlə təmin olunması, maddi güzəranlarının¸sosial durumların yaxşılaşdırılması deməkdir.

Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzu, imici deməkdir.

Azərbaycan bununla həm də bölgədə və ümumən dünyada söz, nüfuz sahibi olduğunu sübut etməkdədir və sübut da edəcək.

Bu, birmənalıdır, buna kimsənin şübhəsi olmasın!

Heç təsadüfi deyil  ki, cəmi iki gün öncə ölkə Prezidenti Ələt İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

Və mərasim zamanı bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Həmçinin, diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.

 İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Bir daha qeyd etmək gərəkir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub.

Yuxarıda da qeyd etdiyimiz kimi, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.

Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Açılış mərasimindən sonra ölkə Prezidentinin Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi, bu zonanın yaradılması ideyasının təməlində Azərbaycanın siyasəti dayanır.

“Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq”-deyə, sözlərinə davam edən ölkə Prezidentinin vurğuladığı kimi, nəticə etibarı ilə ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək, qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.

Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir.

Ona görə burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və müsahibə zamanı da qeyd edildiyi kimi, bu gün biz buna hazırıq.

Məkan kimi niyə məhz Ələtin seçilməsinə gəlincə, ölkə Prezidentinin bildirdiyi kimi, bu ərazidə böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır.

Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır.

Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir.

Ölkə Prezidenti “Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir”-deyərək, həmçinin, daha bir önəmli məqama-təhlükəsizlik məsələsinə toxunub.

Onun da bəyan etdiyi kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir.

Həmçinin, Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.

Bəli, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq.

Əminik və görəcəyik ki, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq.

Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbətin nədən getdiyini gözəl bilir.

Ona görə, bu zonanın yaradılması, əminik ki, uğurumuzun növbəti addımı olacaq.

Növbəti uğurun mübarək, Azərbaycanım!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir: Bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”-İLHAM ƏLİYEV

Read Next

95 yeni yoluxma-SON SUTKADA ÖLÜM QEYDƏ ALINMAYIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir