“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”-SOCAR-DAN AÇIQLAMA – YENİLƏNİB – (2)

SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbuk hesabında bildirib.

“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir” – deyə, SOCAR sözçüsü bildirib.

22:47

***

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirib.

Bunu isə adıçəkilən qurumun mətbuat katibi Mehman Mehdiyev bildirib.

Qeyd edib ki, bu xəbər doğru deyil:

“Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var. Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib”.

23:35

***

“Xəzərdəki hadisə palçıq vulkanının əlamətidir”.

Bunu da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Q.Yetirmişli deyib ki, hər hansı qəza baş verməyib:

“Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verməyib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxsaylı palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də – 20, 30 saniyəyə sönüb”.

23:57

***

“4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb”.

Bu barədə məlumatı öz növbəsində FHN-in Mətbuat xidməti yayıb.

Qeyd edilir ki, bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Yaxın dövrlərdə ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur”-MİLLƏT VƏKİLİ

Read Next

Xəzərdə hadisə yerinə helikopter göndərildi, ərazinin görüntüsü-PAYLAŞILDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir