Əlavə buraxılış imtahanı keçirilir-BU GÜN

Bu gün Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilir.

Etikxeber.az-ın məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.

Etikxeber.az

Read Previous

Gələn ilin dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat məbləğində-PROQNOZLAŞDIRILIB – YENİLƏNİB – (1)

Read Next

“Hər iki övladını Şəhid vermiş Şəhid valideynləri olaraq istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, birinə isə “Zəfər” və ya “Qarabağ” ordeni verilsin”-ŞƏHİD QARDAŞLAR – TURAL VƏ MUSA HƏSƏNOVLARIN VALİDEYNLƏRİNDƏN ALİ BAŞ KOMANDANA MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir