Əli Həsənov getdi-ANAR ƏLƏKBƏROV PREZİDENTİN KÖMƏKÇİSİ OLDU, MƏHƏRRƏM ƏLİYEV, KƏRƏM HƏSƏNOV PA-YA GƏTİRİLDİ – SƏRƏNCAMLAR – (8)

Ölkə Prezidenti  İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA)  Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilsin.

***

Prezident eyni zamanda, Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilsin.

Prezident yeni vəzifəyə təyinatı ilə əlaqədar Məhərrəm Əliyevi ədliyyə nazirinin müavini vəzifəsindən azad edib.

Məhərrəm Əliyevə həm də Prezidentin Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.

***

Prezident həmçinin, Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilməsi haqqında  Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilsin.

***

Prezident bununla yanaşı, Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

***

Prezident digər Sərəncamla Kərəm Həsənovu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin.

Növbəti bir Sərəncamla Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

***

Prezident başqa Sərəncamla Ədalət Vəliyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilsin.

***

Prezident bundan savayı, Anar Ələkbərovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Read Previous

“Yeni nəfəs gəldi…” – VİTSE-SPİKER YENİ OMBUDSMANDAN DANIŞDI – FOTO

Read Next

“Hamını İlham Əliyevin ətrafında birləşməyə çağırıram” -ƏLİ HƏSƏNOVDAN İLK AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir