“Əli Həsənovun fikirlərinin altından öz imzamı məmnuniyyətlə, qoyardım…” – DEPUTAT

“Baş nazirin müavini tamamilə haqlıdır ki, məhz hərbi xidmətə münasibət məsələsində doğma ocağını tərk etmək məcburiyyətində qalmış həmvətənlərimiz hamıdan daha artıq həssaslıq göstərməlidirlər”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

Onun sözlərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı maraqlı fikirlər səsləndirib:

“O, qeyd edib ki, bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik.

ali-hasanov-bas

Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır”.

Bu cümlələrin altından öz imzamı məmnuniyyətlə, qoyardım. Bəzi insanlarda niyəsə bu fkirlər narazılıq yaradıb. Axı, bu imperativ çağırış deyil ki, ucdantutma əsgərlikdə olmayanlara qız verilməsin. Burada məcburi köçkünlərdən söhbət gedir və baş nazirin müavini tamamilə haqlıdır ki, məhz hərbi xidmətə münasibət məsələsində doğma ocağını tərk etmək məcburiyyətində qalmış həmvətənlərimiz hamıdan daha artıq həssaslıq göstərməlidirlər”.

Millət vəkili sonra bildirib ki, baş nazirin müavini hərbi məktəblərdə təhsil almağa da onların daha çox maraq göstərməyinin vacibliyini doğru qeyd edib:

“Bu fkirlər əlbəttə, bütün Azərbaycan vətəndaşlarına şamil edilməlidir, çünki Vətən savaşı davam etdyi müddətcə hamımızın az-çox hərbi bilik və vərdişlərə yiyələnməsinin zəruriliyinii əsaslandırmağı artıq hesab edirəm. Bununla belə, birinci növbədə doğma ocağa qayıdış duyğusunu daşıyan insanların nümunə olması lazımdır”.

Etikxeber.az

Read Previous

Deputat bələdiyyə başqanları ilə nədən bəhs etdi? – FOTOLAR

Read Next

Xumar Qədimova Əməkdar artist oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir