Əli və İslam Əhmədovlar…Şəhid qardaşlar…Muzeyə çevirilən ocaq…ŞƏHİD ANASININ ARZUSU ÇİN OLACAQMI, REALLAŞACAQMI?

Əli və İslam Əhmədovlar…

Əslən Goranboylu olan, ancaq Mingəçevirdə böyüyüb boya-başa çatan qardaşlar-Şəhid qardaşlar…

Bir ailənin, bir ocağın iki övladı…

Hər ikisi də İkinci Vətən Müharibəsinin Şəhidi…

Eyni gündə Şəhid olan, eyni gündə torpağa tapşırılan, eyni gündə Əbədiyyətə uğurlanan qardaşlar…

İgidlər, Qəhrəmanlar, Dastan yazan Ər oğullar, Ərənlər, Vətən sevdalıları…

Bu gün yenə evlərini, onların yolunu gözləyən ocaqlarını, tək-tənha, Qəhrəman, Dik duruşlu, Əsalətli anlarını-Sevinc ananı ziyarət etdim…

Bir daha Sevinc anaya başsağlığı verdim, bir daha ona Allahdan səbr dilədim…

“Şəhidlərimizin, Şəhid qardaşların, Şəhid balalarımızın qarşısında baş əyirəm!”-dedim…

Qeyd edim ki, Şəhid qardaşların öz halal zəhmətləri ilə aldıqları, amma necə deyərlər, bir saat belə rahat oturmadıqları evləri onların Şəhidliyindən sonra ev-muzeyinə çevrilib…

Şəhid qardaşların anası bu evi, bu ocağı övladlarının xatirəsinə ev-muzeyinə çevirib…

Və istəyir ki, həmin müzey digər ev-muzeyləri kimi qeydiyyata alınsın, böyüməkdə olan nəsil və gələcək nəsillər bu muzeyə baş çəksinlər, həm vətənpərvərlik ruhunda böyüsünlər…

Həm də bununla Şəhid qardaşların ruhu, xatirəsi daim yaşasın, yaşadılsın…

Artıq Mədəniyyət Nazirliyi də öz müsbət razılığını verib, sadəcə, məsələnin reallaşması üçün müəyyən prosedurların həyata keçirilməsi lazımdır…

Şəhid anası da istəyir ki, prosedurlar tez bir zamanda başa çatsın və arzusu çin olsun…

Ev-muzeyi dövlət qeydiyyatına alınsın və açılışı olsun…

İnanmaq istərdik ki, belə də olacaq…

Bir gündə iki övladını Şəhid verən, iki övladını torpağa qoyan tək-tənha, kimsəsiz ananın qəlbi az da olsa, sevindiriləcək, həm də övladları məzarlarında rahat uyuacaq, rahatlıq tapacaqlar…

Bəli, ümid ən sonda ölür deyirlər…

Ümidlərimiz ölməsin, ümidlərimizi öldürməyə imkan verilməsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

22.12.2021, Mingəçevir, “Günəşli” yaşayış massivi

Etikxeber.az

Read Previous

Ucarlı Şəhid Namiq Qarayevin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA

Read Next

FHN-nin bir qrup hərbçisinə ali hərbi rütbələr verildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir