Əlillər 31,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub – NAZİRLİK

Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildiriblər ki, bu dövrdə əlilliyi olan şəxslər 1 117 ədəd əlil arabası, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf protezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korsetlə təmin olunub. Həmçinin onlara 4 600 cüt ortopedik ayaqqabı, 3 111 cüt protez ayaqqabı, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 2 226 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 817 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb.

Əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə görülən işlərin davamı olaraq cari ilin 11 ayında əlilliyi olan şəxslərə ümumilikdə 31 537 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

Yanvar-noyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib. Qeyd olunan şəxslər elə yaşadıqları rayon və ya şəhərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunublar.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 670 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilmənin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə xidmətləri göstərilib.

Etikxeber.az

Read Previous

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Read Next

Dünya şöhrətli Rəşid Behbudovun 100 illiyi təntənəli şəkildə qeyd olundu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir