“Əlillər arasında fərq qoyulmamalıdır…”-SİYAVUŞ NOVRUZOV

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müharibə veteranlarının kommunla xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

Etikxeber.az xəbər verir ki, S. Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib ki, hazırda müharibə veteranlarına 80 manat kommunal xərclərin ödənilməsiylə bağlı müavinət alırlar.

“Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırıslın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri həmçinin, Birinci və İkinci Vətən Müharibəsinin əlilləri arasında fərq qoyulmamasına çağırış edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Artıq 800-dən çox qazimizin əlillik şəhadətnaməsi müəyyənləşdirilib…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Read Next

“Əlilliyi müəyyən edən qurumun tərkibində bu kateqoriyadan olan vətəndaşlarla ayrıca iş aparılmalıdır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN NÖVBƏTİ TƏKLİF – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir