Əlilliklə bağlı – YENİ MODEL TƏTBİQ OLUNACAQ – GƏLƏN İLİN YANVARINDAN – YENİLƏNİB

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni model tətbiq olunacaq.

Etikxeber.az xəbər verir ki, bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında məlumat verilib.

Qeyd edək ki, komitəninn iclasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov əlilliyin müəyyənləşdirilməsi məsələsində yaranan bəzi texniki problemlərlə bağlı məsələnin həllini təklif edib.

O, qeyd edib ki, bu məsələdə bürokratik deyil, texniki problemlər var:

mammadov ilham

“Bunun özü də müəyyən qədər narahatlığa, söz-söhbətlərə səbəb olur. Odur ki, bu yöndə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi ilə birlikdə dinləmələrin keçirilməsinə ehtiyac var. Biz bu dinləmələri təşkil edib, bu məsələdə yaranan problemləri aradan qaldırmalıyıq”.

***

elmira xala-hadi

Adıçəkilən komitənin sədri Hadi Rəcəbli də məsələyə toxunaraq bildirib ki, bu istiqamətdə gələn ilin yanvarından yeni modelin tətbiqi gözlənilir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi bir yerdə yeni modelin tətbiqini nəzərdə tuturlar. Amma hesab edirəm ki, bizim də həmin modeldən xəbərimiz olmalıdır.Çünki biz də camaatla üzbəüz qalırıq,  seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etsək, yaxşı ola”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İnsanlara normal məvacibli işlər təklif olunmalıdır…” – RAUF ƏLİYEV MƏŞĞULLUQ MƏRKƏZLƏRİNİ TƏNQİD ETDİ

Read Next

“Turistlər yaxınlaşır ki, harada normal qiymətə yemək yemək olar….” – DEPUTAT – TURİZMLƏ BAĞLI QANUN LAYİHƏSİNİN QƏBULUNUN VACİBLİYİ VURĞULANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir