Əliyev Ərdoğana başsağlığı verdi: “Faciə ilə əlaqədar dərdinizi bölüşürük”

Ölkə Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Zahid Oruc məmurları təxribatçılıqda suçladı: “Xalqla birbaşa təmasdan qaçırlar”

Read Next

“Hökumət yeni iqtisadi artımla bağlı tədbirlər planı üzərində işləyir” – BAŞ BANKİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir