Ərdoğanın kürəkəni Mehriban Əliyevanı son təyinatına görə təbrik etdi – FOTO

Prezidenti İlham Əliyev fevralın 23-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.

Dövlətimizin başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirdi, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş etdi.

Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğuladı. Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirdi. Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edildi.

Etikxeber.az

Read Previous

“İkinci bahar” yaşamağı düşünməmişəm…” – DEPUTAT ŞƏXSİ HƏYATINDAN DANIŞDI – FOTO – VİDEO

Read Next

Nəticənin müsbət olacağına əminəm – ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir