Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etdi- FOTO- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Etikxeber.az xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdılar və bunu böyük tarixi hadisə kimi qiymətləndirdilər.

Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışdı.

Görüşdə Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.

Etikxeber.az

Read Previous

Malayziyada dini məktəbdə güclü yanğın: azı 25 nəfər ölü – FOTO

Read Next

“Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər…” – KOMİTƏ SƏDRİ – FOTO – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir