“Mövqeyimiz dəyişməz qalır…” – HƏMSƏDRLƏR – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Azərbaycan xalqı türk kökünə məxsus olmaqla digər türkdilli xalqlardan fərqlənir…” – RƏHİMZADƏ ALƏMİ YENƏ BİR-BİRİNƏ VURDU…

Read Next

Paytaxt sakini dərmandan zəhərlənərək öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir