Əliyev Aunu təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Livanın Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Etikxeber.az

Read Previous

MB vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək

Read Next

Neftin qiyməti yenə müxtəlif istiqamətlərdə dəyişib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir