“Avropa İttifaqı ilə əməkdaşlıq önəmlidir” – Əliyev Avropa Komissiyasının baş direktorunu qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

****

Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd etdi.

Kristian Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb – NAZİRLİK

Read Next

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir