Əliyev “Azəravtoyol”-un əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyevin sərəncamı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçiləri “Tərəqqi” medalı ilə təltif edilib.

Etikxeber.az xəbər verir ki, sərəncama əsasən, Azadəliyev Azadəli Kəlbəli oğlu, Babayev Eldar Mirvanoviç, Çıraqov Nizami Qəfər oğlu, Əhmədov Şahin Əhməd oğlu, Əmirova Xatiban Balasan qızı, Hacıyev Ələddin Əli oğlu, Hüseynov Yaşar Hüseyn oğlu, İsmayılov Səftər Tofiq oğlu, Qafarov Firdovsi Cümşüd oğlu, Qəniyev Dilqəm Seyfəddin oğlu, Quliyev Zakir İbrahim oğlu, Məhərrəmov Elxan Məmmədağa oğlu, Məmmədov Faiq Fazil oğlu, Paşayev Mübariz Vəliş oğlu, Şükürov Tahir Rəşid oğlu, Tağıyev Tağı Sultan oğlu, Zamanov Nizami Zaman oğlu təltif olunublar.

Dövlət başçısının digər sərəncamı iləsə “Azəravtoyol”-un iki işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib.

Sərəncamla Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna  “Əməkdar mühəndis” fəxri adı verilib.

Həmin şəxslər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunublar.

Etikxeber.az

Read Previous

Prezident Əsədova fərdi təqaüdün verilməsi haqqında sərəncam imzaladı

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir