Əliyev Çinin nümayəndə heyətini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

xəbər verir ki, dövlət başçısı Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu vurğulayaraq, özünün Çin Xalq Respublikasına rəsmi səfəri və ölkə rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev həmin səfərdən keçən dövr ərzində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə daha da inkişaf etdiyini, Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiklərini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, bu dövr ərzində siyasi və iqtisadi əlaqələrimiz daha da möhkəmlənib. Prezident İlham Əliyev xanım Li Syaolinin Azərbaycana səfərinin maraqlı və səmərəli keçəcəyinə, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

cinnnnnnnnnnnnnnnnnnnnnnn

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, Prezident İlham Əliyevlə görüşməsindən böyük şərəf hissi duyduğunu vurğuladı. O bildirdi ki, Bakıya gəldikləri qısa müddət ərzində paytaxtda gördüyü inkişaf prosesləri nümayəndə heyətinin üzvlərinə dərin təəssürat bağışlayıb. Xanım Li Syaolin rəhbərlik etdiyi qurum haqqında dövlətimizin başçısına məlumat verdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdiyini və bunun hər yerdə hiss olunduğunu qeyd etdi. Qonaq Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti haqqında məlumat verdi, maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı imkanların mövcud olduğunu dedi.

Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq barədə danışıldı, çinli turistlərin Azərbaycana böyük maraq göstərdikləri qeyd olundu.

Etikxeber.az

Read Previous

Baş nazir müəllimlərin dərs yükü normalarının müəyyən edilməsi qərarını dəyişdirdi…

Read Next

DİM “Facebook”la bağlı xəbərdarlıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir