Əliyev Hüseynə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir.

Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Gərginliyə bəzən bir sıra millət vəkilləri özləri rəvac verir – BAŞ REDAKTORLARDAN ETİRAZ

Read Next

Kliçko: “Qarşılıqlı biznes maraqlarımız var…” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir