Əliyev Lapşini əfv etdi – ƏLİ HƏSƏNOV

Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncamını şərh edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib ki, Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, Əli Həsənov onu da bildirib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu. Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir.

Əli Həsənov qeyd edib ki, cənab Prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur. Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq.

Etikxeber.az

Read Previous

Prezident aidiyyəti orqanlara Mehman Əliyevin müraciətinə baxılmasını tapşırdı

Read Next

YAP-la Vyetnamın Kommunist Partiyası arasında əlaqələr uğurla inkişaf edir – ƏLİYEV – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir