Əliyev Serbiyanın yeni seçilmiş prezidentini təbrik etdi – FOTO

Serbia`s Prime Minister Aleksandar Vucic speaks at the press conference after meeting with European Commissioner for Humanitarian Aid and Crisis Management Christos Stylianides in Belgrade, January, 15. 2016. AFP PHOTO / OLIVER BUNIC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu gün Azərbaycan-Serbiya əlaqələrinin uğurla inkişaf etdiyini, ötən dövr ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin genişləndiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirir.

“İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”- deyə, dövlət başçısı məktubda qeyd edir.

Məktubda deyilir:

“Sizinlə görüşlərimizi və apardığımız fikir mübadilələrini xoş təəssüratlarla xatırlayıram. Yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm”.

Dövlət başçısı Serbiyanın yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Etikxeber.az

Read Previous

Mədəniyyət və Turizm Nazirliyi: ” Turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır”

Read Next

Azərbaycan nümayəndə heyəti Peterburq metrosunda həlak olanların xatirəsini yad edib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir