Əliyev Zurabişvili, Meta, Caferoviç və Yıldırımla görüşdü-AZƏRBAYCAN LİDERİNƏ QILINC HƏDİYYƏ OLUNDU – FOTOLAR – YENİLƏNİB – (6)

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb.

13:56

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

14:36

***

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

Görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.

Görüşdə Albaniya Prezidenti Bakı şəhərində inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və son səfərindən keçən dövrdə Azərbaycan paytaxtının daha da gözəlləşdiyinin şahidi olduqlarını dedi. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi. Prezident İlir Meta işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzuladı. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi və vurğuladı ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

İşğaldan azad edilmiş ərazilərimizdə dağıntıların miqyasının çox böyük olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, xarici jurnalistlər, siyasətçilər və digər rəsmi şəxslər həmin ərazilərə səfər edərək bunun şahidi olurlar. Azərbaycanın mina problemi ilə üzləşdiyini deyən dövlətimizin başçısı indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını vurğuladı.

Söhbət zamanı iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev ölkəmizə səfər etdiyinə və IX Qlobal Bakı Forumunda iştirakına görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkürünü bildirdi, onunla əvvəlki görüşlərini xatırladı. Dövlətimizin başçısı həmin görüşlərdə ikitərəfli və regional məsələlərə dair geniş fikir mübadilələrinin aparıldığını qeyd etdi.

Prezident İlham Əliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Azərbaycan Prezidenti COVID-19 pandemiyasından sonra formalaşmış şəraitdə əlaqələrin inkişafı üçün daha yaxşı imkanların yarandığını qeyd etdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın nümayəndələrinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakını xatırladı və enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, forumun artıq dünyada nüfuzlu tədbirlərdən birinə çevrildiyini qeyd etdi. Dövlətimizin başçısının nitqini diqqətlə izlədiyini deyən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevin vacib məqamlara toxunduğunu vurğuladı. Bildirdi ki, ədalət və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Azərbaycan ilə Bosniya və Herseqovinanı qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulan Şefik Caferoviç münasibətlərimizin xalqlarımızın iradəsindən irəli gələrək inkişaf etdiyini məmnunluqla bildirdi. Pandemiya dövründə Azərbaycanın Bosniya və Herseqovinaya yardımına görə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycanın və ölkəsinin mina təhlükəsi ilə üzləşdiyini qeyd etdi və bu sahədə də əməkdaşlığın vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə geniş yenidənqurma və quruculuq işləri həyata keçirdiyini qeyd etdi. Azərbaycanın mina problemi ilə üzləşdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan etibarən 220-dən çox vətəndaşımızın mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı.

Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağı məmnunluqla qeyd edildi, bunun da əlaqələrimizin inkişafına əlavə təkan verəcəyi vurğulandı.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

17:25

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Forumun dünya miqyasında ən mühüm tədbirlərdən biri olduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırdığını məmnunluqla qeyd etdi.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə ötən gün Şuşada beynəlxalq konfransının keçirilməsinin önəmini vurğulayan Binəli Yıldırım həmin tədbirdə də vacib müzakirələrin aparıldığını dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirdi ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

Etikxeber.az

Read Previous

Daha 6 yeni-YOLUXMA…

Read Next

“COVID-19-la bağlı vəziyyət çox yaxşıdır, yoluxma sayı ən aşağı səviyyəyə düşüb…”-DÖVLƏT BAŞÇISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir