Əliyevdən Meyə: “Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşürük…”

Ölkə Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri  Tereza Meyə başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli xanım Baş nazir,

Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Bu qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini və vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Etikxeber.az

Read Previous

ABŞ “İŞİD”-ə qarşı “Rakka əməliyyatı”na terrorçu PYD (YPG) ilə başladı…

Read Next

Natiq Əliyevin səhhəti qəflətən pisləşdi: Vəziyyəti ağır-stabildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir