Əliyevin Soçi uğuru, “Qarabağ”ın Lüksemburq qələbəsi, Rəcəbovun Xantı-Mansiysk zəfəri – RƏYLƏR

Azərbaycanımız daha bir böyük uğura imza atdı. Gənc və istedadlı şahmatçımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək, parlaq qələbə qazandı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, T. Rəcəbovun qələbəsinin həm də Azərbaycanın qələbəsi olduğunu bildirib.

“Bu qələbə bütün xalqımızı sevindirdi.  Teymuru təbrik edirik!  Hər zaman uğurlar!”-deyə, Q. Paşayeva qeyd edib.

Q. Paşayeva həmçinin “Qarabağ” futbol klubumuz öz qələbəsi ilə təxribatçılara da, dəstəkçilərinə də layiqli cavab verdi! Təşəkkürlər, “Qarabağ”! Sizinlə fəxr edirik!”-deyə, sözlərinə əlavə edib.

“Çox əlamətdar, tarixi, sevindirici və qürurverici günlər yaşayırıq. Həm siyasətdə, həm diplomatiyada, həm idmanda dalbadal zəfərlər əldə edirik. Lüksemburda erməni təxribatının qarşısının alınması, “Qarabağ”ın həm ev sahiblərinə, həm də ermənipərəstlərə layiqli cavab və dərs verməsi, Socidə cənab prezidentin tarixi bəyanatı-“Qarabağ Azərbaycanındır və nida işarəsi”-deyərək, Ermənistana, Paşinyana, onların himayədarlarına ən yüksək, ən mötəbər tribunalardan birindən meydan oxuması, bunun ardınca isə şahmatçımız-fəxrimiz Teymur Rəcəbovun Dünya Kubokuna sahiblənməsi, dünya şahmat tarixinə Azərbaycanın adını yazdırması yaşadığımız günlərin, 2019-cu ilin növbəti zəfərlərindən, növbəti qələbələrindən, tarixi nailiyyətləndəndir”.

qarabaq-oyun

teymur

soçi-2

GANIREEEE

ELDENIZ-1

Bunu isə millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili hər üç tarixi hadisə münasibəti ilə Azərbaycan dövləti və xalqını təbrik edib, vətənini, dövlətini sevən, onun üçün çalışan hər kəsə növbəti qələbələr, zəfərlər, uğurlar diləyib:

Bunlar müasir və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm hadisələrdir. Hər birindən qürur duyur, fəxarət və iftixar hissi keçiririk. Bu, hər birimizin, bütün Azərbaycanımızın, xalqımızın qələbəsi, nailiyyətidir. Bu, hər hər birimizin sevinci, zəfəridir.  Başqa cür də ola bilməz.

Bunu da bütün dünya görsün və bilsin ki, dəmir döyüldükcə bərkidiyi, əyilmədiyi kimi, Azərbaycan da təzyiqlərə, təzyiqlərə məruz qüaldıqca, daha da güclənir, qüvvətlənir, qüdrətlənir, inkişaf, tərəqqi edir. Heç nə, heç kim, heç bir əngəl, heç bir maneə Azərbaycanı yolundan, hədəfindən döndürmür, əksinə, yoluna, hədəfinə doğru daha sürətlə, daha qətiyyətlə irəliləməyə səbəb olur.

Bu gün idman, siyasət, mədəniyət, diplomatiya cəbhəsində, savaşında qələbə əldə ediriksə, sabah, birisi gün bunun hərb meydanında-savaşında da davamı gələcək. Mütləq gələcək, Qarabağın işğalına əbədiyyən son qoyulacaq. Həmin gün uzaqda deyil.

Son günlərin hadisələri, yaşananlar, yaşadıqlarımız  belə bir potensialımızın, iradəmizin, qətiyyətimizin olduğunu bir daha çılpaqlığı ilə ortaya qoyur, gözlər önünə sərir. Növbəti zəfərlərin, növbəti qələbələrin, növbəti uğurların mübarək, müstəqil Azərbaycan!”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil…” – XİN

Read Next

“Qarabağ Ermənistanın ərazisi olmayıb və olmayacaq” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir