“Əliyevlə Ruhani arasındakı dostluq münasibətləri daha da möhkəmləndirir”- İBRAHİMOV

Yanvarın 17-də Milli Məclisdə (MM) İran-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə görüşüb.

Etikxeber.az xəbər verir ki,  Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran-Azərbaycan əlaqələrindən danışıb.

O, parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayaraq dostluq qruplarının bu məsələdə rolunu qeyd edib.

E.İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasındakı dostluq əlaqələri ölkələrimizin münasibətlərini daha da möhkəmləndirir.

Azərbaycanda hər il mötəbər tədbirlərin, idman yarışlarının keçirildiyini deyən E.İbrahimov nəzərə çatdırıb ki, bu il ölkəmiz növbəti nüfuzlu beynəlxalq yarışa – İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini xatırladan komitə sədri 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” olduğunu diqqətə çatdırıb.

Komitə sədri İranın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi İran parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyini bildirib. S. Xodadadi son illərdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafında irəliləyişlər əldə edildiyini, keçən il ticarət dövriyyəsinin həcminin 60 faiz artımla müşahidə olunduğunu qeyd edib. Bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlərin dərinliyini nəzərə alsaq, bu rəqəmi daha da artırmaq olar:

“İran-Azərbaycan parlamentlərarası dostluq qrupu iqtisadi əməkdaşlığın inkişafı üçün əlindən gələni etməyə hazırdır”.

Dostluq qrupunun sədri iki ölkə arasında həyata keçirilən müştərək iqtisadi layihələrin önəmindən də bəhs edib.

Etikxeber.az

Read Previous

Novruz Məmmədov Məmmədyarovu, Rəhimovu və Qarayevi “hədəf” aldı…

Read Next

Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir